Belarus vətəndaşından Bakıda özündən 22 yaş kiçik azərbaycanlı sevgilisinə qarşı DƏHŞƏTLİ ƏMƏL: başqa kişi ilə...

13.09.2020 01:27
1415

Bakıda sevgilisini amansızlıqla öldürməkdə təqsirli bilinən Sahib Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AZSABAH.COM -un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Eldar Mikayılovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə bu il martın 4-də paytaxtın Nizami rayon, B.Çobanzadə küçəsində baş verib. Kirayədə qalan Belarus vətəndaşı, 57 yaşlı Sahib Babayev sevgili münasibətində olduğu 35 yaşlı Elnarə Ağarzayevanı qısqanclıq zəminində qətlə yetirib. Daha sonra o, polisə gedərək könüllü təslim olub.

Məlum olub ki, Sahib Babayev özündən 22 yaş kiçik sevdiyi qadınla mübahisə edib. Mübahisəyə səbəb isə sonuncunun başqa kişi ilə münasibət saxlaması olub.

Sahib Babayev Elnarə Ağarzayevaya əvvəlcə bədənini müxtəlif nahiyəsinə xəsarətlər yetirib. Sonra isə qadını yerə yıxaraq başını kəsib. Onun öldüyünü görən Sahib Babayev ərazi üzrə 24-cü polis şöbəsinə gedərək törətdiyi əməli etiraf edib.

Sahib Babayev ilkin ifadəsində qadını qısqanclıq zəmnində öldürdüyünü deyib. Məlum olub ki, kişi ilə qadın daimi həmin ünvadna yaşamayıblar. Onlar ayda 2-3 dəfə həmin ünvana gəlirmişlər.

İstintaq orqanı tərəfindən Sahib Babayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.Teleqraf.com

Loading...

close
close