Belarus Ukrayna sərhədinə QOŞUN YERİTDİ
Belarus Ukrayna ilə sərhəddə 4 min hərbçisini yerləşdirib.
AZSABAH.COMAPA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanik deyib.
“Brest və Qomel vilayətlərinin sərhədində 7 taktiki batalyon, təxminən 3,5-4 minlik şəxsi heyət toplaşıb. Amma orada sayını açıqlamayacağım miqdarda Rusiya qüvvələri də var”, - o bildirib.
Motuzyanik Rusiyanın qısa zamanda Belarusa əlavə qüvvə göndərə biləcəyini də qeyd edib.