Bəhram Bağırzadənin səhhəti ilə bağlı SON MƏLUMAT

20.06.2020 15:23
358

Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində heç bir dəyişiklik yoxdur.

AZSABAH.COM xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, B.Bağırzadənin durumu stabil, kritik-ağır olaraq qalır. Hazırda təyinata uyğun müalicələr davam etdirilir.

Qeyd edək ki, əməkdar artistin ağciyər toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar.

Loading...

close
close