Bayramla bağlı Azərbaycan əhalisinə ŞAD XƏBƏR - RƏSMƏN ELAN EDİLDİ

19.06.2023 10:17
13244
Manat
Qurban bayramı ilə əlaqədar bütün sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək.

AZSABAH.COM-a bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, Qurban bayramı ilə əlaqədar qrafikdən əvvəl - iyunun 22-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.