Bayram günü Azərbaycanda DƏHŞƏT YAŞANDI: ÖLƏNLƏR VƏ YARALILAR VAR - QANDONDURAN GÖRÜNTÜLƏR (FOTO/VİDEO)

01.01.2023 13:45
25912
Meyit

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Nizami rayonunda yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

AZSABAH.COM-a nazirlikdən daxil olan məlumata görə, "Toyota" və "Mercedes" markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


***

Bakıda ağır yol qəzası baş verib, 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

AZSABAH.COM-a bununla bağlı TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib: "Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq, yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində 1-nin müalicəsinə davam edilir. Qeyd edək ki, hadisə nəticəsində həkimə qədər üç nəfər dünyasını dəyişib".

***

Bakıda ağır yol qəzası olub, 3 nəfər ölüb.

AZSABAH.COM "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda, "Şəfa" stadionu yaxınlığında qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, qəza "Mercedes" markalı iki minik avtomobilinin iştirakı ilə baş verib. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


***


Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZSABAH.COM "Report"a istinadən xəbər verir ki, "Toyota Prius" və "Mercedes C Class"ın iştirakı ilə qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində ölən və yaralananlar var.