Balaəli Rəşadla bağlı ELƏ SÖZLƏR YAZDI Kİ... - FOTO

10.11.2022 11:00
7869
636caf98ef3a5202211220024

Meyxanaçı Balaəli Maştağalı Rəşad Dağlı ilə bağlı paylaşım edib.

AZSABAH.COM xəbər verir ki, meyxanaçı Rəşad Dağlı ilə şəklini paylaşaraq yaşanan hadisədən təəssüfləndiyini qeyd edib:

"Allah sənin köməyin olsun qardaşım. Çox pis və çarəsizəm. Əzab çəkə-çəkə bu şəkili paylaşıram. Gücümüz çatana qədər yox, çatmayana qədər yanındayıq. Dövlətimiz, millətimiz sənətkar dəyər verəndi.
Qeyd edək ki, ötən gün səhər saatlarında tanınmış meyxanaçı Rəşad Dağlı (Əmirov) qonşusu İsgəndər Mehtiyevi bıçaqlayaraq qətlə yetirib. Meyxanaçı qətli törətdikdən sonra özü polisə təslim olub. Gundem.az-ın əldə etdiyi məlumata görə, Rəşad Dağlı polisə verdiyi ifadədə aralarında məişət zəminində mübahisə baş verdiyini bildirib və qətli şüurlu şəkildə, öldürmək məqsədilə törətdiyini etiraf edib. 

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.