Balaca qız atasının gizli eşqini ÜZƏ ÇIXARDI - Öz də görün kiminlə...

08.03.2024 18:07
423
65eb1bc15c243202403240801

Əri tərəfindən bacısı ilə aldadılan qadın bunu öz övladından öyrənib. Hadisənin qalmaqallı təfərrüatları dünya mediasında böyük səs-küyə səbəb olub.

Dünyanın ən çox əhalisinə sahib ikinci ölkəsi olan Çinin Hebey əyalətində inanılmaz hadisə baş verib. Yerli mətbuatda dərc olunan xəbərlərdə ibtidai sinif uşağının atası ilə bağlı etdiyi etiraflar gündəmə gəlib . Yerli mətbuat uşaqların sözlərinin məsum və dürüst olduğunu bildirərək balaca oğlanın anası haqqında dediyi sözləri manşetlərə çıxarıb.

"BİLİRDİNİZ?"

Evdə anası və böyük bacısı ilə oyuncaqlarıyla oynayan kiçik qız, yatmaq vaxtı çatanda bombanı yerə ataraq “Ana, xalam və atam məni çox da sevmirlər, sən evdə olmayanda birlikdə yatırlar. Axşamlar da belə olur?" Balaca qızın bu sözlərini eşidən hər kəs şoka düşüb, ana göz yaşlarına boğulub. Uşaq daha sonra xalasına üz tutaraq deyib: “Anamın bundan xəbəri yox idi ki?”.

BOŞANACAQLAR

Onların aralarındakı gizli eşq üzə çıxanda ata və xala evdən gediblər. Yerli media belə hadisələrin həm uşaqların inkişafına, həm də ailə münasibətlərinə mənfi təsir etdiyini yazıb. Xəbərdə qadının ərindən boşanmaq üçün məhkəməyə verdiyi məlumatı da yer alıb.