Bakının mərkəzində yüksək sürətlə hərəkət edən “Range Rover” DƏHŞƏTLİ QƏZA TÖRƏTDİ - VİDEO

31.05.2021 09:04
5860

Bakının Nəsimi rayonunda 2 avtomobil toqquşub.

Qəza Abbasqulu ağa Bakıxanov və Mirəli Qaşqay küçələrinin kəsişməsində qeydə alınıb.

Yol kəsişməsində “Range Rover” yüksək sürətlə “Lada Priora” markalı minik avtomobilinə çırpılıb.

Zərbənin gücündən “Range Rover” yol kənarındakı binanın divarına və işıq dirəyinə dəyib.

Hadisə nəticəsində “Range Rover”də olan bir nəfər xəsarət alıb, avtomobillərə isə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Loading...