Bakının mərkəzində “Maserati” QORXUNC QƏZAYA DÜŞDÜ - FOTO

09.03.2021 01:13
4056

Bu gecə Bakıya yağan yağış yol qəzasına səbəb olub.

AZSABAH.COM “Report”a istinadla xəbər verir ki, hadisə Xətai rayonunun Xocalı prospektində qeydə alınıb.

Belə ki, sürətlə hərəkət edən “Maserati” markalı avtomobilin sürücüsü idarəetməni itirərək prospektdə yerləşən parkın kənarındakı səkiyə çırpılıb.

Zərbənin gücündən nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisi və əraziyə təhkim edilən Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Qəza ilə bağlı araşdırma aparılır.


Loading...