Bakının mərkəzində DƏHŞƏTLİ HADİSƏ: YARALILAR VAR - FOTO

22.08.2022 22:30
2890
Tecili yardim Azsabah.com

Bakının Xətai rayonunda ağır yol qəzası qeydə alınıb.

AZSABAH.COM APA-ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.

“Chevrolet” markalı maşını idarə edən sürücü yüksək sürətlə nəqliyyat vasitəsini işıq dirəyinə çırpıb.

Daha sonra idarəetmədən çıxan maşın əks yolda “Renault” markalı avtomobilə, o cümlədən “Toyota”-ya çırpılaraq dayanıb.

Bundan sonra həmin yolda hərəkətdə olan “Mercedes”, “KIA” və “VAZ” markalı avtomobillər qəzaya uğramış nəqliyyat vasitələrinə çırpılıb.

Baş vermiş yol qəzası zamanı 4 nəfər xəsarət alıb.

Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Yaralılar xəstəxanaya çatdırılıb.