Bakının bu ərazisinin sakinləri köçürülür - EVLƏRİ SÖKÜLMƏYƏ BAŞLADI

17.01.2022 18:52
4853

Bakının Nizami rayonunda bəzi yaşayış binalarının sökülməsinə başlanılıb.

AZSABAH.COM xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, bunlar Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binalardır.

Həmin binalardan artıq sakinlər köçürülməsinə başlanılıb.

Qeyd edək ki, söküntü aparılan ərazidə yerləşən binalar ötən əsrin 40-60-ci illərdə inşa olunmuş "Minsk" və "Xruşovka" layihəli beş mərtəbəli binalardır.

Loading...