Bakının bu ərazisindəki EVLƏR SÖKÜLMƏYƏ BAŞLADI - SAKİNLƏR KÖÇÜRÜLÜR

15.08.2022 03:19
23620
Sokuntu

Bakının Nizami rayonunda daha bir yaşayış binasının sökülməsinə başlanılıb.

AZSABAH.COM Trend-ə istinadən xəbər verir ki, bu, Bakı şəhəri Nizami rayonu Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binadır. Həmin binadan artıq sakinlərin köçürülməsinə başlanılıb. Qeyd edək, sözügedən ünvanda yerləşən binalardan biri artıq bir neçə ay əvvəl sökülüb. Ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. İlkin mərhələdə 5, növbəti mərhələdə isə 6 binanın söküləcəyi gözlənilir.