Bakının bu ərazisində evi olanlara PİS XƏBƏR: PEŞMAN OLACAQLAR - Ekspert ELAN ETDİ

28.06.2022 15:35
21
photo_74333198

“Gələcəkdə Bakının ən problemli ərazilərindən birinə çevriləcək “Yeni Yasamal” adlı ərazidə zaman keçdikcə mənzillərin qiyməti çox sürətlə aşağı düşəcək”.

AZSABAH.COM bildirir ki, bunu Sfera.az-a bunu gənc memar Dilqəm İsmayılov deyib. O bildirib ki, insanlar bu evləri aldıqları zaman çox güman, heç bir şəhərsalma, ədalətli şəhər prinsiplərini nəzərə almayıblar:

“Bir çox insanlar, xüsusən gənclər ömürlərini bu “getto”ya bənzər yerdə yerləşən boş qutulara xərcləyərək illərcə ipoteka ödəyir və ödəyəcəkkər. Ancaq onlar zaman keçdikcə özü də hiss etmədən bu evlərin nə qədər mənasız olduğunu görməyə, hiss etməyə başlayacaqlar. Üstəlik keyfiyyətsiz tikilən, heç bir müasir şəhərsalma tələblərinə cavab verməyən bu binalar  həm iyrənc memarlıq nümunələri olaraq sizlərə neqativ ab-havadan başqa heç bir xoşbəxtlik gətirməyəcək, əlavə olaraq keyfiyyətsiz olduğuna görə bina hər il istismar üçün daha çox təmir və pul tələb edəcək. Binanı yenidən təmir üçün isə, heç bir “binatikən” yenidən pul qoymayacaq. Məcburən sakinlər pul qoymalıdır. Zaman keçdikcə burada yaşamaq isə bahalı olmağa başlayacaq və insanlar bu binaları dəyərindən aşağı satmağa çalışacaqlar”.

D.İsmayılov əlavə edib ki, bir müddət sonra bu ucuz evləri bir çox qanunsuz işlərlə məşğul olan insanlar almağa başlayacaq:

“Bu ərazilər çox sürətlə “getto”ya çevriləcək və siz bu ərazilərdə yaşamaqla normal həyat sürməyin, uşaq böyütməyin mümkünsüzlüyünü görməyə başlayacaqsınız. Bu proses artıq Yeni Yasamalda başlayıb. Odur ki, mənzil alarkən tək onun qiymətinə deyil, bir çox şeyə fikir verməlisiniz. Çalışın mənzil alarkən, bu sahənin professionallarından məsləhət alın. Ancaq təəssüf ki, bizdə bu sahədə də problemlər var”.

Loading...