Bakıdakı güclü yanğın söndürüldü - YENİLƏNDİ

21.06.2020 17:50
789

Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən saat 16:32-də söndürülüb.


AZSABAH.COM bu barədə nazirliyin saytına istinadən xəbər verir.

Əlavə məlumat veriləcək.

***

16:30


Xocasən qəsəbəsində yanğın başlayıb.

AZSABAH.COM Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Loading...

close
close