Bakıdakı dəhşətli partlayışda məşhur şəxs yaralandı: VƏZİYYƏTİ ÇOX AĞIRDIR - FOTO

03.04.2022 13:57
463
photo_45535314
Xəbər verdiyimiz kimi, bu gün saat 03:00 radələrində gecə klubunda yanğınla nəticələnən partlayış baş verib. Partlayışda 1 nəfər həlak olub, 37 nəfər yaralanıb.

AZSABAH.COM Qaynarinfo-ya istinadla xəbər verir ki,  partlayışda yaralananlar arasında dəbdəbəli toyu ilə gündəmə gələn bloger Aysel Şükürova da var. 

Hazırda xəstəxanada olan blogerin vəziyyəti ilə bağlı keçmiş həyat yoldaşı Oqtay Əhmədov məlumat yayıb. O, "Instagram"da status paylaşaraq bunları yazıb:

"İndi Ayselin yanındayam. Narahat olmayın, hər şey yaxşıdır”.
 



Qeyd edək ki, klubda sosial şəbəkələrdə paylaşdığı videolarla populyarlaşan Aysel Şükürün yaxın dostu Raulun ad günü məclisinin keçirildiyi iddia edilir. 

Dostunun doğum günü üçün məkana gələn Ayselin vəziyyəti ağırdır. Bu barədə Raul instaqramda açıqlama verib. Ayağından yaralanan gənc Şükürovanın vəziyyətinin qənaətbəxş olmadığını bildirib.
 


ARAYIŞ: 23 fevral, 2022 - "Lication Baku" gecə klubunun səhifəsi "Tezliklə! Şəhərə səs salmağa gəlirik" anonsu ilə sosial şəbəkələrdə fəaliyyət göstərməyə başlayıb. Mart ayının ortalarından klub işləməyə başlayıb.

Aprelin 2-dən 3-nə keçən gecə, saat 3 radələrində klubda partlayış olub. İlkin məlumatlarda qaz sızması səbəbi göstərilir. Daha sonra klubun "Instagram" səhifəsində postlar tamamilə silinib.

Partlayış nəticəsində 37 nəfər yaralanıb, 1 nəfər ölüb (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova). Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.