Bakıda yeni evlənən qızıgilə gedirdi - Sonu...

09.02.2024 09:38
389
65c5baafb0046202402243959

Bakının Sabunçu rayonunda yol qəzası zamanı qadın quyuya düşüb.

Azsabah.com APA-ya istinadən xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

"Opel" markalı maşının sürücüsünün qarşısına "Toyota Prius" çıxıb. "Opel"in sürücüsü avtomobili aşırıb. Avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı 1976-ci il təvəllüdlü Ağayeva Nəzakət Şabalı qızı maşının pəncərəsindən çıxaraq quyuya düşüb. Qadın aldığı xəsarətlərdən ölüb.

Qeyd edək ki, onlar ötən həftə evlənən qızlarının evinə qonaq gedirlərmiş.