Bakıda villada 5 nəfərin öldüyü hadisə ilə bağlı ŞOK FAKTLAR - Olay yerindən FOTOLAR

23.02.2021 15:35
11043

Bakı şəhər Səbail rayonu Badamdar qəsəbəsində villada meyitləri tapılan 5 nəfərin cəsədi morqa aparılıb.

AZSABAH.COM xəbər verir ki, Publika.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, olay yerinə vəfat edənlərin çoxsaylı yaxınları gəlib. Meyitlər isə ekspertizadan keçirilməsi üçün morqa göndərilib.

Vəfat edənlərdən Lətif Əliyev Texniki Universitetin tələbəsi, onun kiçik qardaşı Atilla isə 11-ci sinif şagirdi imiş. Atilla Əliyev ABŞ universitetlərindən birinə hazırlaşırmış.

Hadisə zamanı ölən digər 2 şəxs isə onların dostu imiş və qonaq gəlibmişlər.

Ölən yaşlı kişi isə villada təmir işləri aparan ustadır. Hazırda təmir işləri getdiyindən uşaqların valideynləri Sulutəpədəki evdə qalırmış.


Loading...