Bakıda tramvay xətti bu ərazilərdən keçəcək - XƏRİTƏ

Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Planda qeyd olunur ki, Bakıda infrastrukturun yenidən aktivləşdirilməsi və daha səmərəli istifadə olunması planlaşdırılır. Bunun nəticəsi olaraq tramvay - elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturun genişlənməsi imkanı yarana bilər.

Məlumat üçün bildirək ki, 2027-ci ilə qədər tramvay sisteminin Bakı Dəmiryolu vağzalı ilə (mərkəzi nəqliyyat qovşağı) əlaqələndirilməsi belə olacaq:

• Bakı Limanı sahəsinin dəmir yoluna birləşdirilməsi;

• mərkəzi Bakı Stansiyasının dəmir yolu qovşağı kimi tamamlanması;• giriş/çıxış edən sərnişinlər üçün bir nəqliyyat vasitəsindən digərinə keçidinasanlaşdırılması;• əsas mərkəzi yeraltı parklanma sahəsinin (Hökümət Evinin yanı) dəmir yolu iləəlaqələndirilməsi;• Bakı Bulvarı ilə İçərişəhər ərazisinin relsli ictimai nəqliyyat xətləri ilə əlaqələndirilməsi.

"Ağ şəhər" və "Port Baku" ərazisinin dəmir yolu əlaqəsinin təkmilləşdirilməsi:

• "Ağ şəhər" bulvarı xəttinin yaradılması;

• Mərkəzi "Ağ şəhər" xəttinin salınması.

28 May dəhlizinin inkişafının davam etdirilməsi:

• Mərkəzi Bakı Stansiyası ilə Tofiq Bəhramov adına Respublika Stadionu arasındabirbaşa əlaqənin yaradılması;• Gənclik metro stansiyasının çoxmodallı qovşaq kimi inkişafı;• şəhər daxilinə birbaşa və mərkəzi Şimal-Cənub əlaqəsinin yaradılması;• yaşıl və qırmızı metro xətləri arasında əlaqənin qurulması.

Binəqədi ərazisinin dəmir yolu əlaqəsinin təmin edilməsi:

• dəmir yolu vasitəsilə Binəqədi və Bakı Dəmiryolu vağzalı arasında tramvay nəqliyyatı əlaqəsinin yaradılması.

Gələcək inkişaf - 2040-cı il

Tramvay əlaqəsinin cənub-qərbə doğru uzadılması:

• təklif olunan mərkəzlərin yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyatsistemləri vasitəsilə şəhər mərkəzi ilə əlaqələndirilməsi;• cənub-qərb istiqamətində dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsiningenişləndirilməsi.

Şəhər inkişaf layihələrinin həyata keçirildiyi ərazilərdə dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin genişləndirilməsi:

• relsli nəqliyyat sistemlərinin şəhəri tam əhatə etməsinə nail olunması;• Nəriman Nərimanov prospekti ətrafındakı şəhər inkişaf ərazilərində dəmir yolu.nəqliyyatı ilə təminatın əhatə dairəsinin genişləndirilməsi;• "Təmiz Şəhər" ərazisinin yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyatvasitəsilə əlaqələndirilməsi;• "Ağ şəhər"in şərq hissəsində dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin dahada genişləndirilməsi;• Bakının mərkəzinin şərq hissəsində qarşılıqlı əlaqələndirmənin təmin edilməsi.

Tramvay-qatar sistemi üçün keçid nöqtələrinin əlavə olunması:

• Bakı şəhər mərkəzi ilə Binəqədi arasında əlaqənin gücləndirilməsi;• Dərnəgül dəmir yolu magistralına qoşulma;• dəmir yolu magistralının son 11 km-lik hissəsinin yüklənmədən azad olunması;• şəbəkənin gücləndirilməsi (ehtiyat variantlar, sistemin rezervləşdirilməsi).//baku.ws