Bakıda temperatur aşağı enəcək, rayonlara leysan və dolu düşəcək - SABAHIN HAVASI

16.06.2020 13:25
252

Sabah Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin üstünlüyü gözlənilir.

AZSABAH.COM-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, küləyin maksimal sürəti 15-18 m/s, iyunun 16-da arabir 20-23 m/s olacaq. Bununla əlaqədar temperaturun aşağı enəcəyi, çoxillik normaya yaxın 30-33, həftənin sonunda 35 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında 34-39, dağlıq rayonlarda 22-27 dərəcə isti olacaq.

Loading...

close
close