Bakıda tanınmış restoranda dava düşüb, bıçaqlanan var

06.03.2024 07:19
270
65e7e0d46cb20202403241948

Bakının Yasamal rayonunda restoranda dava düşüb.

Azsabah.com APA-ya istinadən bildirir ki, hadisə "Papaq" restoranında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Yaqubov Aqil Anar oğlu restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub.

Həmin vaxt o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin əməkdaşları araşdırır.