Bakıda ŞOK OLAY: ana övladları ilə birgə YOXA ÇIXDI

27.08.2022 11:44
3588
İtkin

Bakıda ana övladları ilə birlikdə itkin düşüb.

AZSABAH.COM xəbər verir ki, hadisə avqustun 24-də Xətai rayonu, G.Mehmandarov küçəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Ələkbərova Aytən Ziyabi qızı övladları - 2009-cu il
təvəllüdlü Ayan Ələkbərova və 2014-cü il təvəllüdlü Məhəmmədəli Ələkbərzadə
ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində araşdırma aparılır.