Bakıda ŞOK HADİSƏ: tələbə qız QƏFİL VƏFAT ETDİ - FOTO

22.10.2022 22:01
2734
Xestexana

Azərbaycan Dövlət Aqrar Universitetinin ADAU) tələbəsi əməliyyatdan üç gün sonra vəfat edib.

AZSABAH.COM xəbər verir ki, Şəmkir rayon Ağlavaşlı kənd sakini Rühəngiz Məhərrəmova bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyasını dəyişib.

Əməliyyat həyata keçirən cərrah Rövşən Xəlilzadə APA-ya bildirib ki, R. Məhərrəmova oktyabrın 19-da beyin əməliyyatı olunub. Bu gün isə qəfildən halı pisləşib: "Bütün tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb".

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin üçüncü kurs tələbəsi olmuş R. Məhərrəmova İkinci Qarabağ Müharibəsində şəhid olmuş Qurban Qəzənfərlinin bacısıdır.