Bakıda sərnişin avtobusu yandı

08.05.2020 22:03
127

Bakı şəhərinin Nərimanov rayonunda "Karsan" markalı sərnişin avtobusunda yanğın baş verib.

AzSABAH.COM-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində avtobusun mühərrik hissəsi və salonunda 5 oturacaq yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Loading...