Bakıda qorxunc avtobus qəzası: yaralılar var

12.06.2020 22:36
258

Bakının Nərimanov rayonunda avtobus qəzaya uğrayıb.

AZSABAH.COM Apa-ya istinadla xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Z.Bünyadov və Atatürk prospektlərinin kəsişməsində 211 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusunun qəfil təkəri partlayıb. İdarəetmədən çıxan avtobus səkiyə çırpılıb. Qəza zamanı avtobusdakı sərnişinlər - 1957-ci il təvəllüdlü Mirzəxanova Dilarə Cəlil qızı və 1977-ci il təvəllüdlü Allahyarova Bikə xəsarətlər alıb. 

Yaralılar D.Mirzəxanova hər iki ayağının topuq sümüklərinin sınığı, B.Allahyarova dizinin sınığı diaqnozları ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Loading...