Bakıda qazilər YÜRÜŞ KEÇİRİR

04.11.2022 11:43
2697
6364c35e0ecab202211224638
Bakıda Vətən müharibəsi qazilərinin iştirakı ilə Zəfər avtoyürüşü keçirilir.

AZSABAH.COM xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən avtoyürüşdə nazir müavini Vüsal Nəsirli, nazirlik tərəfindən avtomobillərlə təmin edilən 44 Vətən müharibəsi qazisi iştirak edir.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Daha sonra Şəhidlər xiyabanında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların məzarları ziyarət olunub.

Avtoyürüş Hərbi Qənimətlər Parkının qarşısında başa çatacaq.