Bakıda “Prius”la vurulan “Oba” marketin müdiri İMİŞ - FOTO

16.12.2023 21:13
335
657ddbde9d82d202312231822

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Toyota Prius” markalı avtomobil piyadanı vuraraq öldürüb.

AZSABAH.COM xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsindəki “Kaspi” liseyinin qarşısında baş verib.

Yolu keçən piyada, 1995-ci il təvəllüdlü Sadiq Rizvan oğlu Məmmədovu Polad Yusif oğlu Cahangirov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Qəzada dünyasını dəyişən Sadiq Məmmədovun Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Oba” marketlərindən birinin müdiri olduğu bildirilir.