Bakıda postda QORXUNC ANLAR: maşınla polisi vurdu və dərhal...

01.07.2020 01:21
1

Bakının Suraxanı rayonunda polis əməkdaşının xəsarət almasına səbəb olan yol qəzası baş verib.

AZSABAH.COM Apa-ya istinadla xəbər verir ki, hadisə Hövsan qəsəbəsi ərazisində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş polis nəzarət postunda qeydə alınıb. 

Minik avtomobili 1996-cı il təvəllüdlü Məmmədli Elşən Vadim oğlunu vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Loading...