Bakıda orta aylıq əməkhaqqı 1 200 manata YAXINLAŞIR

15.02.2024 00:29
377
65cd234660131202402243206
2023-cü ilin yanvar-noyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 169,3 manat olub. 
Azsabah.com bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir. 
Bildirilir ki, orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,5 % çoxdur. 
Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2 % artaraq 923,1 manata çatıb. /bizim.media