Bakıda məşhur klinikada ölən qızın meyiti 30 min manata ailəsinə verildi - VİDEO

26.06.2020 16:05
628

Bakıda xərçəng xəstəliyindən vəfat edən gənc qızın nəşi ailəsinə təhvil verilib.

AZSABAH.COM-un məlumatına görə, Təbəssüm Məmmədovanın anası Elnurə Əsgərova bildirib ki, paytaxtda yerləşən “Bona Dea International Hospital”na 30 min ödəyib, qızının meyitini çıxarıb.

***

Bakıda gənc qız xərçəng xəstəliyindən vəfat edib.

AZSABAH.COM-un məlumatına görə, dünən Təbəssüm Məmmədova paytaxtda yerləşən “Bona Dea International Hospital”da ölüb.

Onun anası Elnurə Əsgərova videogörüntü yayaraq, iddia edib ki, xəstəxanaya vəsait ödəyə bilmədiyi üçün övladının nəşi ona vermir:

“Qızımın nəşini aparmaq üçün səkkiz min borcum qaldığı üçün onu vermirlər. Hər şeyimi satıb, borc almışam, qızımın meyitini 10 gün də orda saxlasalar, səkkiz mini tapıb gətirə bilməyəcəm”.

“Bona Dea International Hospital”dan saytımıza bildirilib ki, məsələ barədə ictimaiyyətə məlumat veriləcək.

Oxu.az

Loading...

close
close