Bakıda günün İKİNCİ DƏHŞƏTLİ İNTİHARI: daha bir gənc qadın özünü çoxmərtəbəli binadan atdı - FOTO

26.01.2021 17:29
3417

Bakıda daha bir nəfər özünü çoxmərtəbəli binadan atıb.

AZSABAH.COM Publika.az-a istinadla xəbər verir ki, intihar hadisəsi Binəqədi rayonu 7-ci mikrorayon Abay Kunanbayev küçəsində yerləşən Union Park yaşayış massivində baş verib. Gənc qadın özünü binanın eyvanından yerə atıb. O, hadisə yerindəcə keçinib. Olay yerinə polis və prokurorluq əməkdaşları gəlib.

İntihar edən qadının şəxsiyyəti və hadisənin səbəbləri araşdırılır.


Loading...