Bakıda dəniz limanında FACİƏ: Gənc oğlanı...

15.03.2024 09:10
293
65f3d86bcbaff202403241107
Suraxanı rayonunda ehtiyatsızlıq bir nəfərin ölümünə səbəb olub. 

Azsabah.com APA-ya istinadən verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında işləyən 30 yaşlı Tağıyev Zaur Məhərrəm oğlunu ehtiyyatsızlıqdan avtokar vurub. Gənc oğlan aldığı xəsarətlərdən travmatik şok keçirib.
O, xəstəxanaya aparılanda yolda dünyasını dəyişib. Faktı Suraxanı Rayon Prokurorluğunun əməkdaşları araşdırır.