Bakıda DƏHŞƏTLİ PARTLAYIŞ BAŞ VERDİ - YARALILAR VAR

02.09.2021 16:22
11021

Bakıda partlayış hadisəsi baş verib.

AZSABAH.COM-un xəbərinə görə, hadisə Nizami rayonu E.Süleymanov küçəsində qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərin birində qaz balonu partlayıb. Nəticədə ana və uşaqları xəsarət alıb.

İlkin məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Loading...