Bakıda usta faciəli şəkildə ölüb.
AzSABAH.COM-un Trend-ə istinadla verdiyi məlumata görə, hadisə paytaxtın Suraxanı rayonu, Zığ-Aeroport şosesində yerləşən Metalkonstruksiya zavodunda baş verib. Həmin zavodda tornaçı işləyən Nağıyev İlkin İbrahim oğlu iş yerində torna dəzgahında işləyərkən paltarı dəzgahın fırlanan hissəsinə ilişib. O aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb.