Bakıda DƏHŞƏTLİ ATIŞMA: ÖLÜ VƏ YARALILAR VAR - VİDEO

04.03.2023 13:40
16809
Tapanca

AZSABAH.COM xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıazırda hadisə yerinə hüquq-mühafizə orqanınlarının əməkdaşları cəlb edilib.

***

İlkin məlumata görə, inkassator maşınına hücum olub. İki nəfər xəsarət alıb, bir nəfər isə ölüb.

***

TƏBİB-dən verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Atışma törədən şəxslərdən bir hazırda hadisə yerində olduğuna görə, onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Supermarket polis əməkdaşları tərəfindən mühasirəyə alınıb, əraziyə kənar şəxslər buraxılmır.

***

Silahlı atışma zamanı inkasatorun sürücüsü silahla öldürülüb, maşında olan pul isə götürülüb. Bir nəfər isə xəsarət alıb. Hadisəni törədənlərdən bir nəfər saxlanılıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

Bakıda "Bravo" Supermarket Şəbəkəsində atışma olub.

AZSABAH.COM xəbər verir ki, hadisə Xətai rayonundakı "Bravo" Əhmədli Hipermarketində qeydə alınıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.