Bakıda DƏHŞƏT: ölü və yaralı var

18.05.2020 01:23
938

Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzSABAH.COM APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Nobel prospektində - “Nargilə dairəsi” adlanan ərazidə qeydə alınıb.

“Mercedes” markalı avtomobillə “VAZ” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə hələlik kimliyi müəyyən edilməyən “VAZ” markalı maşının sürücüsü hadisə yerində dünyasını dəyişib.

“Mercedes” markalı avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü Bağırov Nofəl Musa oğlu ağır bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.


Loading...