Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 nəfər müraciət edib.
AZSABAH.COM xəbər verir ki, bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, onlardan 17 nəfəri hospitalizasiya edilib, 8 nəfərə yerində yardım göstərilib.
Müraciət edənlərdən 19-u böyük, 6-sı uşaq olub.