Bakıda bu xəstəxanaya xəstə qəbulu DAYANDIRILDI - SƏBƏB

17.05.2020 17:52
305
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni xəstə qəbul dayandırılıb. 

AzSABAH.COM xəbər verir ki, bunu "Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib. 

"Xəstəxanada yeni qəbul qaydaları müəyyənləşdirilir. Bu səbəbdən tibb müəssisəsi bir həftə yeni xəstə qəbul etməyəcək. Eyni zamanda, həmin müddətdə orada profilaktika məqsədi ilə dezinfeksiya işləri aparılacaq. Xəstəxanada olan pasiyentlərin müalicəsi əvvəlki qaydada davam etdiriləcək”, - R.Əliyeva deyib.
Loading...

close
close