Bakıda bu tarixdən hava KƏSKİN SOYUYACAQ - Sulu qar yağacaq, şaxta OLACAQ

11.02.2024 20:47
2202
65c8fa4455b17202402244804
Fevralın 16-dan etibarən Bakıda və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişəcək. Moderator.az xəbər verir ki, fevralın 16-ı gecədən etibarən havanın temperaturu - 1 dərəcəyə düşəcək. Yağıntı olacaq. Bəzi yerlərdə sulu qara keçəcək. Fevralın 17-si gündüz havanın temperaturu 0 dərəcə olacaq. Gecə isə 2 dərəcə şaxta olacaq. Fevralın 17-də sulu qar yağmağa davam edəcək. Fevralın 18-si gündüz 2 dərəcə isti, gecə 1 dərəcə şaxta olacaq. Fevralın 18-i də paytaxtda sulu qar yağmağa davam edəcək.Yalnız fevralın 19-dan etibarən yağıntı kəsiləcək. Havanın temperaturu tədricən artacaq, gecələr + dərəcə temperatur olacaq.