Bakıda bu karantin qaydaları yumuşaldılır - SABAHDAN

11.05.2020 21:47
1225

Xüsusi karantin rejimi ilə bağlı Bakıda bəzi qaydalar yumşaldılıb.

AzSABAH.COM xəbər verir ki, sabahdan etibarən paytaxt Bakı şəhərində karantin postlarının sayı minimuma endirilir. Yol patrul xidməti əməkdaşları postlardan çəkiləcək və adi qaydada xidmətlərini davam etdirəcəklər.

Onların yerində isə Post Patrul Xidməti və Daxili Qoşunların əməkdaşları xidmət aparacaq. Bundan əlavə isə daha çox nəzarət tədbirləri küçədə davam etdiriləcək. Polis əməkdaşları, eləcə də bəzi YPX əməkdaşları piyada xidmətə cəlb olunacaq. Onlar küçədə hərəkət edən piyadaların karantin rejiminə əməl etməsinə nəzarəti həyata keçirəcəklər. 

Qeyd edək ki, Bakı şəhəri ərazisində 18 karantin postu qalacaq. Onların yalnız bir neçəsində YPX əməkdaşları olacaq. (avtosfer.az) 

Loading...

close
close