Bakıda aksiya keçirildi: Türkiyəyə BÖYÜK DƏSTƏK - FOTO

15.09.2020 11:55
340

Bu gün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümü ilə bağlı Türkiyəyə dəstək aksiyası keçirilib.

AZSABAH.COM-un məlumatına görə, aksiya pandemiya ilə bağlı sosial məsafə və maskadan istifadəyə dair təlimatlar yerinə yetirilməklə Şəhidlər Xiyabanı və Türk Şəhidliyinin qarşısında baş tutub.

Yüzlərlə insanın qatıldığı aksiyada “Türkiyə, Azərbaycanda qal!”, “Türkiyə və Azərbaycan qardaşdır!”, “Türkiyə və Azərbaycan dostluğu var olsun!” şüarları səsləndirilib.


Loading...

close
close