Bakıda AĞIR QƏZA - Ölən və xəsarət alanlar var + VİDEO

11.01.2024 13:10
193
659fb08c8e20e202401241036

Bakıda ağır yol qəzası baş verib.

 

Dünən saat 15:30 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində - Şəhər şossesində “VAZ 2107” markalı avtomobil “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlərdən 55 yaşlı qadın hadisə yerində ölüb. Daha 3 nəfər isə ağır xəsarətlər alıb.

 

Yaralılar xəstəxanaya yerləşdiriliblər.Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik:(Qafqazinfo)