Bakıda 3 mərtəbəli yeni metro stansiyası açılır - BU TARİXDƏ/RƏSMİ

09.05.2020 11:26
158

“Şərti adı “B3” olan metro stansiyası bu ilin sonunda təhvil verilə bilər”. 

AzSABAH.COM xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. 

O bildirib ki, stansiyada son yekunlaşma işləri aparılır:

“Stansiya 3 mərtəbəli olacaq. Artıq 17 eskalator quraşdırılıb. Stansiyada sərnişinlər üçün liftlərin quraşdırılması da nəzərdə tutulur. Aparılan işlər demək olar ki, yekunlaşıb. Karantin rejimi ilə əlaqədar sərhədlərin bağlı olması, zəruri avadanlıqların əldə olunmasına çətinlik yarada bilər. Bu kimi məqamlar olmazsa, ilin sonunda stansiyanın açılışı gözlənilir”.

Qeyd edək ki, bu günə qədər metro stansiyaları arasında ən hündürü 5 mərtəbəli “Əcəmi 2” stansiyasıdır. (Oxu.az)

Loading...