Bakıda 29 yaşlı oğlanı öldürən şəxs xalası oğlu olub

15.01.2024 08:46
174
65a4b873126c6202401244539

Xəbər verdiyimiz kimi, yanvarın 13-də saat 22 radələrində paytaxtın Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qohumu tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Verilən məlumatına görə, 1993-cü il təvəllüdlü Yusif İsmayılov Səbail rayonu, Salyan şossesi 15 ünvanında aralarında yaranmış mübahisə zamanı qohumu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb.Əldə etdiyimiz məlumata görə, qətlə yetirilən Etibar Fətəliyev Yusif İsmayılovun xalası oğlu olub. 1995-ci il təvəllüdlü Etibar Zərdab rayonunun Pərvanlı kənd sakinidir. 

Qeyd edək ki, Yusif İsmayılov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.