Bakıda 18 yaşlı Fidanın intim görüntülərini bu şəxs yayıb - ŞOK FAKTLAR ÜZƏ ÇIXDI

11.12.2023 23:46
308
6577677c04cd9202312234812

"Noyabrın 27-si saat 15 radələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur".

Bu barədə  Oxu24.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Aparılmış istintaqla müəyyən edilib ki, 2004-cü il təvəllüdlü Kərim İbrahimov cari il noyabrın 21-də Fidan Nəftəliyevanın mobil telefonunu oğurlamaqla telefonda olan sonuncuya məxsus şəxsi həyatının sirri hesab olan məlumatları qanunsuz əldə edərək onun ləyaqətini mütəmadi olaraq alçaltmaqla özünü öldürmə həddinə çatdırıb.   

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.