Bakı-Sumqayıt yolunda “Prius” sürücüsü sərnişini niyə bıçaqladı? - ŞOK TƏFƏRRÜAT (VİDEO)

18.11.2022 10:11
2699
63772909e472d202211224113

Bakı-Sumqayıt şosesində sürücünün sərnişinə çoxsaylı xəsarət yetirməsinin təfərrüatı məlum olub.

AZSABAH.COM xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib.

1998-ci il təvəllüdlü Vəliyev Əli Gündüz oğlu “Toyota” markalı avtomobildə sərnişin qismində əyləşərkən onu sürücü bıçaqlayıb.

Yaralı sol diz və sol kürək nahiyəsinin bıçaqlanması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ə.Vəliyevi bıçaqlayan onun qaynıdır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, hadisə qohumlar arasında şəxsi münasibətlər zəminində baş verib.

“Hadisəni törədən şəxs məlumdur. Hazırda müvafiq ekspertiza işləri aparılır”, - deyə DİN-in məlumatında qeyd edilib.


***

Bakıda “Toyota Prius” markalı avtomobilin sürücüsü yanında oturan şəxsi bıçaqlayıb.

Məlumata görə, hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb. Sürücü avtomobilindəki şəxsə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev bildirib ki, məsələdən məlumatlıdırlar:

“Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək”.

Sözügedən görüntüləri təqdim edirik: