Bakı polisindən əməliyyat: 5 nəfər saxlanıldı

22.05.2020 09:48
340

Bakıda vətəndaşa qarşı quldurluq edən şəxslər yaxalanıb.

AzSABAH.COM-un məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində baş verib.

5 nəfər naməlum şəxs gecə saatlarında Bakı şəhər sakini Real İsgəndərovun qarşısını kəsərək onun 650 manatını və mobil telefonunu əlinddən alıb hadisə yerindən qaçıblar.

Nizami rayon Post-Patrul Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa qarşı quldurluqda şübhəli bilinən-Beyləqan rayon sakini, 1965-ci il təvəllüdlü Cahangir Nağıyev, Zəngilan rayon sakini, 1988-ci il təvəllüdlü Şahmar İsazadə, Şirvan rayon sakini, 1995-ci il təvəllüdlü Röyal Mirzəyev və Füzuli rayon sakini, 1995-ci il təvəllüdlü Rahil Həsənov saxlanılıblar.

R.Mirzəyevin idarə etdiyi "Hyundai" markalı avtomobilə baxış keçirilərkən oradan 1 ədəd bıçaq, 1 ədəd balta, 1 ədəd qundağı kəsilmiş ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Loading...

close
close