Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
AZSABAH.COM-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtın Nəsimi rayonunun ərazisində Bakı şəhər sakini E.Xudiyevdən 2 kiloqram 35 qram heroin götürülüb.
Faktla bağlı araşdırma aparılır.