Bakı polisi əməliyyat keçirdi, saxalanılanlar var

22.06.2020 10:14
169

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

AZSABAH.COM xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Amil Orucov və 1995-ci il təvəllüdlü Əlihüseyn Hüseynovu saxlayıb.

A. Orucovdan 1 kiloqram 9 qram heroin, Ə. Hüseynovdan isə 10 qram heroin və 183 qram metanfetamin aşkar edilərək götürülüb.

Binəqədi rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əmirbəy Ağayevdən 0,924 qram heroin, çantasından isə 1,674 qram heroin, 2,711 qram metanfetamin, 1983-cü il təvəllüdlü Şirxan Məmmədovdan isə 3,392 qram heroin aşkar edilərək götürülüb.

Loading...

close
close