Bakı polisi ƏMƏLİYYAT KEÇİRDİ: həbs edilənlər var

26.05.2020 11:46
230

Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

AzSABAH.COM-un məlumatına görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı sakini, əvvəllər məhkum olunmuş Ülvi Əliyevdən 0.101 qram heroin, 0.613 qram tiryək, Natiq Əzizovdan 0.023 qram heroin və 0.149 qram metamfetamin aşkar olunub.

Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün keçirdiyi əməliyyat nəticəsində Bakı sakini Teymur Hüseynovdan 1.476 qram metamfetamin aşkar olunaraq götürülüb.

Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə əvvəllər məhkum olunmuş İslam Qurbanovdan 0.306 qram heroin aşkar olunaraq götürülüb.

Loading...

close
close