Bakı metrosunda ŞOK HADİSƏ: relsə düşən sərnişin görün nə etdi

12.09.2022 18:51
3927
Metro
Bakıda sərnişin metro relsinə düşərək, tunelə doğru hərəkət edib.

AZSABAH.COM-a Bakı metropolitenindən verilən məlumata görə, "Elmlər Akademiyası" stansiyasında bir sərnişin (kişi) stansiya yoluna düşərək, tunelə doğru hərəkət edib.

Metropoliten və Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının çevik reaksiyası, eləcə də təlimat tələblərinə uyğun operativliyi sayəsində sərnişin saxlanılıb.

Sərnişin qatara mindirilib. Qatarların hərəkətində ciddi yubanma olmayıb və qısa müddətdə aradan qaldırılıb.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.